20 Fevral 2019 17:43
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə bəstələnən mahnıya klip çəkilib.

Teleqraf.com xəbər verir ki, “Mən səni elə sevirəm, Allah” adlanan mahnını Georgi Şaroyev adına 35 saylı uşaq musiqi məktəbinin xor kopellası ifa edib.

Mahnının bəstəkarı Nigar Həbibovadır.

Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi klipdə Pərviz Bağırov, Zemfira Babayeva, Toğrul Rza, Səbinə Qurbanova, Fərid Əhmədov, Züleyxa Əliyeva çəkilib. Fərid Mehdiyev idman rəqsləri üzrə paralimpiyaçı Vüsalə Kərimova ilə rəqs edib.


Müəllif: Teleqraf.com