Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə ağır itki üz verib.
Publika.az xəbər verir ki, icra başçısının bacısı Şərqiyyə xanım vəfat edib.
Qeyd edək ki, Ş.Xanbabayev 2004-cü ildən Xaçmaz RİH-in başçısıdır. O, 90-cı illərdə 8 il müddətində Naxçıvan MR baş naziri vəzifəsini tutub, daha sonra isə nazir müavini kimi çalışıb.