19 Mart 2019 11:08
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Bakıda marşrut avtobusunun törətdiyi qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, qəza nəticəsində 30 yaşlı kişi döş qəfəsinin küt travması ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində yüngül xəsarət alan 72 yaşlı kişiyə isə yerində yardım göstərilib.

Qeyd edək ki, martın 19-da paytaxtın Qara Qayarev prospektində, “8-ci kilometr bazarı”nın yanında 40 nömrəli marşrut xətti ilə hərəkət edən 10-TG-826 dövlət nömrə nişanlı avtobusu zəncirvari qəza törədib. Belə ki, avtobus idarəetmədən çıxaraq bir neçə avtomobilə çırpılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər