Azərbaycana yaz fəsli qədəm qoydu.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Teleqraf.com-a verilən məlumata görə, yazın gəlişi martın 21-i saat 01:58-də baş verib.
Bu vaxtdan etibarən Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və şimal yarımkürəsində yaz fəsli başlanır, gecə-gündüz bərabərləşir.