23 Mart 2019 21:29
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

1998-ci il martın 30-da Ermənistanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar xüsusi araşdırma aparılır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan deyib.
O, araşdırmanın Ermənistan müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyanın ittihamları əsasında aparıldığını açıqlayıb.

İstintaq xidmətinin rəhbəri Artur Vanetsyan isə bundan əvvəl bu barədə yayılmış məlumatları təkzib etmişdi. Marina Ohancanyan isə 1998-ci il seçkiləri ilə bağlı araşdırmanın aparılması ilə yanaşı, xüsusi materialın hazırlanma mərhələsində olduğunu açıqlayıb.

Vahan Şirxanyan isə yayımladığı açıq məktubunda keçmiş prezident Robert Köçəryanın 1998-ci ildə keçirilmiş seçkilərin nəticələrini öz xeyrinə saxtalaşdırdığını iddia edir:

“1998-ci il martın 30-da keçirilmiş seçkilərdə özünə 59% səs yazdın və özünü Ermənistanın prezidenti elan etdin. Seçkilərdə 73 faiz səs toplamış Karen Dəmirçiyana isə 41 faiz səs yazdın və ona baş nazir postunu vəd etdin. Əlbəttə, həmişəki kimi bu dəfə də yalan danışdın”.

Qeyd edək ki, Ermənistan parlamentinin keçmiş spikeri Karen Dəmirçiyan 1999-cu ildə parlamentdə baş vermiş terror aktında qətlə yetirilib.

Bundan əvvəl isə o, işğal edilmiş Dağlıq Qarabağ bölgəsini Azərbaycana qaytarmaqda ittiham olunmuşdu. Vahan Şirxanyan açıq məktubunda Dəmirçiyanın qətlində Robert Köçəryanın iştirak etməsinə də toxunub.


Müəllif: Mənsur Rəğbətoğlu