1 Aprel 2019 11:59
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 7-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_... linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər