11 Aprel 2019 13:53
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir zamanlar zalımlar azlıq təşkil edirdi - məktəbdə, iş yerində, dost-tanışlar arasında, ətrafımızda... Barmaqla sayılacaq qədər az idi. Hərəkətə başlayanda səsimizi çıxarmadıq, sərhəddimizi, cızığımızı keçənə qədər səssiz qaldıq. Şans faktoru bəzən bizlərə kömək olsa da ümumilikdə onlar qazandı.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova özünün İnstaqram səhifəsində 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı paylaşımında qeyd edib.

Onun sözlərinə görə, eşitmək istədiyimizi eşitməyərək, görmək istədiyimizi görməyərək, inanmaq istədiyimizə inanmayaraq bütün haqlarımızı zalımlara, pis niyyətlilərə vermişik: “İndi qalmışıq başımıza vura-vura. “Pislər ölməz, çox yaşayar” nağılları...

Hər şeyi vaxtında etməliydik ki, başımıza bunlar gəlməsin. Nə isə... İndi heç olmasa acı dolu hadisələrdən, baş verənlərdən gözlərimizi qaçırmayaq, olanlara laqeyd qalmayaq, razı olmayaq. Haqsızlıq qarşısında susmayaq, vacib olanları görək. Ağlamaları, fəryadları, hıçqırıqları hiss edək. Gözlərimiz... O gözəl gözlərimiz saflığını itirməsin. Görüb əngəl olmasaq, çürüyəcək gözlərimiz...Əslində vicdanımızdır çürüyən, çünki göz bir vicdan orqanıdır”.


Müəllif: Leyla

Oxşar xəbərlər