Milli Məclisin deputatı Adil Əliyev Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illik yubiley medalı ilə təltif edilib.
Teleqraf.com xəbər verir ki, deputat bu barədə Feysbuk səhifəsində məlumat yayıb.
“Məni bu medala layiq gördükləri üçün təhlükəsizliyimizin qorunmasında əvəzsiz xidmətlər göstərən DTX və XKX rəhbərlərinə və əməkdaşlarına təşəkkür edir, onlara bu şərəfli fəaliyyətlərində uğurlar arzu edirəm!”, - deyə A.Əliyev qeyd edib.