25 Aprel 16:39

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu ildə qəbul olunmuş İkinci Protokolunun 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək məqsədilə İsveçrənin Cenevrə şəhərində səfərdədir.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev “Silahlı münaqişə dövründə mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası”nın 1999-cu ildə qəbul olunmuş İkinci Protokolunun 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək məqsədilə İsveçrənin Cenevrə şəhərində səfərdədir. YUNESKO və İsveçrə Hökumətinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova daxildir.

Nazir Əbülfəs Qarayev konfransın Nazirlər Panelində çıxışı zamanı Konvensiyanın əhəmiyyətindən danışaraq Konvensiya və onun 2 protokolunun Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ilk qoşulduğu sənədlərdən olduğunu vurğuladı. Ə.Qarayev qeyd etdi ki, Azərbaycan tərəfindən 1954-cü il Haaqa Konvensiyası və onun Birinci Protokolu 1993-cü ildə, İkinci Protokolu isə 2001-ci ildə ratifikasiya edilmişdir. Nazir Qobustan qayaüstü təsvirləri və İçərişəhərə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna əsasən hərbi münaqişələr zamanı “gücləndirilmiş mühafizə” statusu verildiyini və Azərbaycan tərəfindən bu abidələrin mühafizəsi ilə əlaqədar və qeyd olunan sənədlərin icrası məqsədilə YUNESKO ilə birgə fəaliyyət aparıldığını, müvafiq ardıcıl tədbirlərin həyata keçirildiyini bildirdi. O qeyd etdi ki, YUNESKO ilə əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın böyük rolu var.

Nazir, həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və 1954-cü il Haaqa Konvensiyasının müddəalarına zidd olaraq işğal olunmuş ərazilərdəki mədəni irs nümunələrinin Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldığı barədə konfrans iştirakçılarına məlumat verdi.

Daha sonra nazir konfrans iştirakçıları tərəfindən verilən sualları cavablandırdı.

Tədbirdən sonra nazir Əbülfəs Qarayev konfransda iştirak edən bir neçə ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdü.

YUNESKO-nun və İsveçrə Hökumətinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə ölkəmizin YUNESKO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov və ölkəmizin İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova daxildir.

Əbülfəs Qarayev konfransın Nazirlər panelində çıxışı zamanı Konvensiyanın əhəmiyyətindən danışaraq onun Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlərdən biri olduğunu vurğulayıb. Nazir diqqətə çatdırıb ki, 1954-cü il Haaqa Konvensiyası və onun Birinci Protokolu Azərbaycan tərəfindən 1993-cü ildə, İkinci Protokolu isə 2001-ci ildə ratifikasiya edilib.

Nazir, həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və 1954-cü il Haaqa Konvensiyasının müddəalarına zidd olaraq işğal olunmuş ərazilərdəki mədəni irs nümunələrinin Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması barədə konfrans iştirakçılarına məlumat verib.

Daha sonra nazir konfrans iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdən sonra Əbülfəs Qarayev konfransda iştirak edən bir neçə ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.


Müəllif: Teleqraf.com