1 İyun 2019 10:01
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə azyaşlılara təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, təbrik məktubunda uşaqlara sonsuz qayğının zəruriliyini önə çəkən Fəttah Heydərov qeyd edib ki, Ulu öndər Heydər Əliyev gərgin iş proqramı ilə bərabər, vaxt tapıb uşaqlara qayğı, diqqət yetirirdi.

Təbrik təktubunda Heydər Əliyev Fondunun uşaqları sevgiylə, şəfqətlə qoynuna aldığı xüsusi vurğulanıb: “Heydər Əliyev Fondunun uşaqlara qayğı göstərməsi, onların həyatını, durumunu həmişə diqqətdə saxlaması çox təqdirəlayiqdir. Heydər Əliyev Fondunun prezidenti, bir neçə beynəlxalq təşkilatların təmsilçisi Mehriban Əliyeva həmişə uşaqlara, onların durumuna, Azərbaycan uşaqlarının cəmiyyətdə tərbiyəsi və böyüməsi məsələlərinə çox böyük diqqət göstərir”.

Qeyd edilib ki, ölkənin birinci xanımının bütün fəaliyyəti ilə yanaşı, uşaqlara göstərdiyi qayğı eyni zamanda cəmiyyətə göstərdiyi qayğıdır - bu qayğı Azərbaycan cəmiyyətinin gələcəyinə göstərilən qayğıdır!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər