13 İyun 2019 15:31
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrini “OSA” zenit-raket kompleksindən atəşə tutdurmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirmək istəyir. Düşmənin bundan sonra da elə təxribatlara əl atacağı istisna deyil".

Bunu Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.

Onun fikrincə, Ermənistan bu gərginlikdən istifadə edərək danışıqlara təsir göstərmək istəyir: "Bu onu göstərir ki, Dağlıq Qarabağda gərginlik artmaqda davam edir. Ermənilər belə təxribatlar törədəcəyini gizlətmirdi. Digər tərəfdən biz Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq görərik ki, Ermənistanda daxili gərginlik yarandıqda və ya danışıqlar ərəfəsində düşmən cəbhə bölgəsində təxribatların sayını artırır və atəşkəs daha çox pozulur. Sadəcə ermənilər heç vaxt bizim pilotlarımıza atəş açmırdılar. Düşmən son illədə ilk dəfədir hava hücumundan müdafiə sistemini işə salıb və raketlə Azərbaycanın aviasiya vasitələrini vurmağa uğursuz cəhd edib. Bizim pilotlarımız da məharətlə bu vəziyyətdən çıxa biliblər və düşmən istəyinə çata bilməyib”.

Ş.Ramaldanov əlavə edib ki, Azərbaycan müharibə şəraitindədir və belə hadisələr gözləniləndir: “Bizim Silahlı Qüvvələrimiz cəbhə bölgəsində hər an düşmənin istənilən təxribatına cavab verməyə hazır vəziyyətdədir. Ermənistan rəhbərliyi bundan nəticə çıxarmalıdırlar. Əgər düşmən ağıllanmasa, Azərbaycan bundan nəticə çıxarmalıdır və düşmənə öz gücünü göstərərək torpaqlarını azad edib ərazi bütövlüyünü bərpa etməlidir”./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər