Prezident İlham Əliyev Süleyman İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Süleyman Abbas oğlu İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib.
Süleyman İsmayılov Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiridir.