10 Sentyabr 2014 11:02
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan rəqəmsal yayımla bağlı bütün məsələləri həll edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, Azərbaycan ərazisi artıq rəqəmsal yayımla əhatə olunub: "Bununla bağlı hər hansı problemimiz yoxdur. Sadəcə, analoq yayımın dayandırılmasına tələsmirik. Çünki bizim əsas məqsədimiz əhalinin rahatlığıdır. Yoxsa analoq yayımın dayandırılması bizim üçün problem deyil. İstənilən vaxt bunu dayandıra bilərik. Biz istəyirik ki, bu məsələ tədricən həyata keçirilsin. Əhali də yavaş-yavaş dekoderləri alıb, televiziya kanallarındakı verilişlərə baxa bilsinlər".

Şura sədri qeyd edib ki, rəqəmsal yayıma keçmək üçün son müddət 2015-ci ilin yayıdır: "Biz öz işimizi görmüşük, televiziya kanallarının rəqəmsal yayıma keçməyə hazır olub-olmadıqları isə onların problemidir".


Müəllif:

Oxşar xəbərlər