11 İyul 2019 18:40
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə sayca 2-ci dəfədir açıq hava şəraitində keçirilən “Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Goranboy rayonunda düşmənlə təmas xəttinə yaxın bölgədə keçirilən layihənin bağlanış mərasimində “İrəli”nin işçi heyəti və layihə iştirakçıları N saylı hərbi hissədə hərbçilərlə görüşüb.

“İrəli” İctimai Birliyinin sədr müavini Orxan Rüstəmov, Goranboy rayon İcra Hakimiyyətinin sektor müdiri Faiq Muradov və Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov hərbçilər qarşısında çıxış ediblər.

“İrəli” gəncləri hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, təlim-tədris mərkəzi, hərbi silah-sursat ilə tanış olublar. Daha sonra layihə iştirakçıları əsgər yeməyi yeyərək mədəni-əyləncəli proqramı izləyiblər. “İrəli” İctimia Birliyi tərəfindən həqiqi hərbi xidmət zamanı fərqlənən əsgərlərə fəxri fərman və dəyərli hədiyyələrverilib.

Layihədə gender bərabərliyi qorunmaqla, respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçilən, yaşı 17-dən 25-ə qədər olan, 200-dən çox gənc iştirak edib. “Marş İrəli” iştirakçıları düşərgə ərazisindən Ballıqaya ərazisində yerləşən “Hər şey vətən üçün” yazılan zirvəyə yürüş edib.

Layihə çərçivəsində iştirakçılar çoxnövçülük üzrə ip dartma, maneəli qaçış, bıçaq atma idman yarışlarında iştirak ediblər. Həmçinin, atıcılıq üzrə təlim keçirilib və daha sonra iştirakçılar atış bacarıqlarını sərgiləyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər