Yay mövsümü başlayandan qida zəhərlənmələr ilə bağlı 75-i kişi, 47-si qadın olmaqla, ümumilikdə 122 müraciət daxil olub.
Bunu Teleqraf.com-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyandan (BŞTTTYS) nazirliyə daxil olan ilkin məlumatlarda 122 müraciətin olduğu bildirilsə də, bu müraciətlərin hamısının həqiqətən də qida zəhərlənmələriylə bağlı olduğu sual altındadır.
“Müraciət edənlərin bəzilərinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırıldığı, amma orada müayinədən sonra başqa xəstəliklərinin olması, bundan başqa, pasientlərin təcili tibbi yardım stansiyasının əməkdaşlarını çağırmadan birbaşa özəl və dövlət xəstəxanalarına üz tutması qida zəhərlənmərindəki bu statistikanın qeyri-dəqiq ola biləcəyi ehtimalını yüksəldir. Bu say yüksək də ola bilər, aşağı da”- nazirlikdən bildiriblər.
İmamət İsmayılova