18 İyul 2019 10:10
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkə üzrə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılmasının zərurəti barədə məlumat verib.

İclasda həmçinin vəkil qurumlarının növbətçilik siyahıları təsdiq olunub.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən, bəzi vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib, həmin şəxslər iclasda vəkil andı içiblər.

Eyni zamanda, iclasda Bakı şəhəri 27 saylı Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib.

İclasda çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda VK-nın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər