Bu gün Qafqaz Müsəlmanları İdarəsində din xadimlərinin vahid geyim formalarının təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycanda din xadimləri üçün vahid geyim formasının eskizləri təsdiqlənib. Eskizlər əsasında tikilmiş geyimlərin ilk nümunələri Qafqaz Müsəlmanları İdarəsində din xadimləri üçün təşkil edilmiş təkmilləşdirmə kurslarının ilk məzunlarına veriləcək. Din xadimləri üçün geyim formaları mərkəzləşdirilmiş formada yalnız bir yerdə tikiləcək. Daha sonra onlar kütləvi şəkildə, lakin mərkəzləşdirilmiş formada bütün respublika üzrə din xadimlərinə paylanacaq.
Xatırladaq ki, kursda respublikanın müxtəlif bölgələrindən gəlmiş 50 din xadimi iştirak edir. Təkmilləşdirmə kurslarına din alimləri ilə yanaşı, Bakı Dövlət Universiteti və Bakı İslam Universitetinin professor və müəllim heyəti də cəlb edilib. Kursun sonunda din xadimlərinə müvafiq sertifikatlar təqdim olunacaq. Kursun keçiriləcəyi müddət ərzində iştirakçıların bütün xərcləri QMİ tərəfindən ödənilir. Din xadimləri üçün təkmilləşdirmə kursları davamlı olaraq təşkil ediləcək.
Ayxan
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.