Qazax rayonunun Bala Cəfərli kəndində 80 şagird yerlik yeni məktəb binasının açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasimdə çıxış edənlər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda görülmüş işlər barədə danışıblar. Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları öz bəhrəsini verir.
Mərasim iştirakçıları Bala Cəfərli kənd ibtidai məktəbi üçün yeni binanın istifadəyə verilməsinə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Həmin gün rayonun 180 şagird yerlik Qarapapaq kənd tam orta məktəbinin binasının da əsaslı təmirdən sonra açılışı olub.