29 Avqust 2019 18:15
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şəkidə Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günü münasibətilə Çingiz Mustafayev adına Fond, "Dad Şirkəti", "ANS Şirkətlər Qrupu" və "Balans" Kinostudiyasının təşkilatçılığı ilə Çingiz Klubunun nəzdindəki əsasli təmir olunan kinoteatrın açılış mərasimi oldu.

Teleqraf.com xəbər verir ki, açılış mərasimində Azərbaycan Milli Kino və Animasiyaya Dəstək Layihəsinin Kollegiya üzvləri Cənnət Səlimova, Oqtay Mirqasımov, əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, qonşu rayonların rəsmiləri, mədəniyyət xadimləri və mətbuat nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə acan ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirdi ki, ANS Şirkətlər Qrupu fəaliyyət göstərən gündən həmişə Azərbaycan xalqına xidməti ön sırada görüb:

"Səki şəhərində bir neçə ildir fəaliyyət göstərən Çingiz Mustafayev adına klub tamaşaçilara kino sahəsində xidmət göstərir. Onun nəzdindəki kinoteatrın təmirə ehtiyacı vardi. Həmin kinoteatrın əsaslı təmiri, müasir standartlara uyğun avadanlıqlarla təmin olunması ilə tamasaçılar daha yuksək səviyyəli xidmət görəcəklər. Biz ANS olaraq, həmişə xalqəmıza xidmət etməkdən qürur duymuşuq. İstər bu cür layihələr, istər Azərbaycan xalqının doyüskən, mubariz ruhunu əks etdirən digər layihələr, istərsə də jurnalist kimi xidmətlərimizi bu xalqın yolunda sərf etməkdən qürur duymuşuq, yorulmamışıq, bundan sonra da yorulmadan bu cür xidmətlər gostərməkdən qürur duyacağıq".

Əməkdar incəsənət xadimi Oktay Mirqasımov isə Çingiz Mustafayevin döyüş yolundan danışdı:

"Çingiz Mustafayevlə işlədiyimiz müddətdə onu çalışqan insan kimi tanımışam.Döýüşkən ruhuyla da özünə hörrmət qazanan Çingiz yeganə səxsdir ki, öz ölümünü lentə alıb. Bu onun igidliyidir. Dünyanın heç bir yerində öz olumünu çəkən ikinci operator yoxdur. O, həm də vətənpərvər ruhlu idi. Onun belə keyfiyyətləri bu gün adının əbədiləsdirilməsinə imkan yaratdı".

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov isə Çingiz Mustafayevin xidmətləri barədə danışdı, başçılıq etdiyi rayonda onun adının əbədiləsdirilməsi uçün bu cür layihələrin həyata keçirilməsindən qürür duyduğunu bildirdi.

Azərbaycan Milli Kino və Animasiyaya Dəstək Layihəsinin Kollegiya üzvü, rejissor Cənnət Səlimova bu cür ideyani həyata keçirdiyinə görə, Şəki sakinlərinə və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə təşəkkür etdi:

"Çox şadam ki, insanların, mədəniyyətin, dilimizin qayğısina qalan Vahid kimi vətəndaşımız var. Bu layihəni ona hec kim sifaris etməyib. Bu, Vahid Mustafayevin öz təşəbbüsüdur".

Çıxısların sonunda tamaşıçalara "Balans" studiyasında dublyaj edilmiş, Azərbaycandakı şivələrdən istifadə olunan və məşhur müğənnilərimizin ifasinda yenidən yazılan "Fatmagülün sirri nə" animasiya filmi və uduşlu zərf təqdim olundu. Qalib gələnlər iki ay müddətində kinoteatrda pulsuz filmləri seyr edə biləcəklər.

Çingiz Klubunun nəzdində fəaliyyət göstərən kinoteatr iki zaldan - VİP və 104 tamaşaçı yeri olan boyük zaldan ibarətdir. Kinosevərlər gündə 5 dəfə film izləyə biləcəklər.

Seans saatları 11:00,14:30,16:30,19:00, 21:30-dur.

Çingiz Klubunda kinoteatrdan basqa, rəsm qalereyası, muzey və müxtəlif dərnəklər fəliyyət göstərir.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər