31 Avqust 2019 19:39
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında növbəti iki yeni qatar Bakıya gətirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qatarların depoda sazlama və sınaq işləri həyata keçirildikdən sonra sentyabr ayı ərzində xəttə buraxılacaq. Beləliklə də cari il üçün sifariş edilən bütün qatarlar artıq ölkəmizdədir.

B.Məmmədov qeyd edib ki, ümumilikdə Bakı Metropolitenində 11 yeni qatar mövcuddur. Bunlardan 5-i 2015-2018-ci illərdə, 6-sı isə 2019-cu ildə gətirilib.

Xatırladaq ki, Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC bu il Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqon istehsal edib. Dörd qatar hazırda Bakı Metrosunda sərnişinlərə xidmət göstərir. Vaqonların istismar müddəti 30 ildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər