Sentyabrın 4-dən 6-dək Vladivostokda növbəti dəfə Şərq İqtisadi Forumu (WEF) keçirilir.
Rusiyada keçirilən foruma Azərbaycan da daxil olmaqda, dünyanın 60-dan çox ölkəsindən nümayəndə qatılacaq.
Qeyd edək ki, ötən il WEF-in işində 6 mindən çox iştirakçı və 100-dən çox media nümayəndəsi iştirak etmişdi. Qonaqların əsas hissəsi Asiya-Sakit Okean bölgəsinin sakinləri olub.
Getdikcə beynəlxalq əhəmiyyətini artıran Şərq İqtisadi Forumu səmərəliliyin davamlı artımını nümayiş etdirir. Ümumilikdə, təşkilatçılar Forumda ən azı 3 trilyon rubl dəyərində 200-dən çox müqavilənin imzalanmasını gözləyirlər.
2015-ci ildə qurulan beynəlxalq Forum bu il beşinci ildönümünü qeyd edir./trend/