15 Sentyabr 2014 21:49
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyanın Putrajaya şəhərində Texniki Əməkdaşlıq Proqramı çərçivəsində “Halal standartlar və İslam ölkələri üçün uyğunluq infrastrukturu” mövzusunda təlim keçirilib.

Teleqraf.com xəbər verir ki, təlimdə “Malayziya standartlarına qısa baxış”, “Kosmetik vasitələr və şəxsi gigiyena vasitələri”, MS 1900:2014 “Şəriət qaydaları bazasında keyfiyyətin idarə edilməsi sistemləri”, MS 2400:2010 “Malların daşınmasınını idarəedilməsi sistemləri”, MS 2424:2012 “Halal əczaçılıq - Ümumi qaydalar” standartları, Malaziyada halal sertifikatlaşdırma prossesi, sertifikatlaşdırmanın ümumi qaydaları, yoxlanılmalı olan kritik nöqtələr, xarici sertifikatlaşdırma qurumlarının tanınması, halal sertifikatlaşdırma prosesinin sxemi, auditin aparılması, sertifikatlaşdırma xərcləri, şəriət və texniki auditlərə olan tələblər və s. mözvular ətrafında müzakirələr aparılıb.

Sonra Malaziyanın “halal qida və gigiyenik vasitələr” istehsalı ilə məşğul olan iri şirkətlərin mövcud vəziyyəti, o cümlədən Malayziya Texniki Parkında Halal Test Mərkəzi ilə tanışlıq ollub. Səfərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər