16 Oktyabr 2019 01:54
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandirlərin ideoloji iş və mənəvi-psixoloji təminat, şəxsi heyətlə iş üzrə müavinlər və psixoloqların toplantısı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, toplantıda zabitlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə hərbi nizamnamələri, rəhbəredici və digər normativ hüquqi sənədləri bilmələri üzrə testlər, fiziki hazırlıqdan məqbullar qəbul edilib, eləcə də döyüş və gündəlik fəaliyyətdə mənəvi-psixoloji təminatın təşkili və aparılmasına dair təlim-metodiki məşğələlər keçirilib.


Müəllif: Teleqraf.com