2 Noyabr 2019 21:25
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyində balıq və balıq məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə agentliyin sədr müavini Balarəhim Quliyev “Balıqçılıq haqqında” Qanunun 13-cü maddəsinə edilən dəyişikliklərlə bağlı sahibkarları məlumatlandırıb.

Qeyd olunub ki, həmin maddəyə uyğun olaraq ölkəmizdə minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər. Həmin məhsullar “Yeyinti məhsulları haqqında” qanuna uyğun olaraq qablaşdırılmalı və etiketləndirilməlidir.

Görüşdə onu da diqqətə çatdırıblar ki, ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı obyektlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş bazar, yarmarka, mağaza və müvafiq tələblərə uyğun xüsusi ayrılmış yerlərdə həyata keçirilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər