10 Noyabr 2019 15:14
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib.

Teleqraf.com xəbər verir ki, saxlama kameraları həftənin 7 günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir. Kameralardan istifadə ödənişlidir. Yüklərin təhvil və təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənəd göstərilməlidir. Yüklərin tərkibinə görə Bakı Avtovağzalı məsuliyyət daşımır.

Saxlama kameralarına tezalışan, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qadağandır. Yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1 gün kimi hesablanır. Sərnişin yükü təqdim etdikdən sonra jeton verilir. Jetonun itirilməsinə görə isə 5 manat məbləğində cərimə tətbiq olunur.


Müəllif: Teleqraf.com