19 Noyabr 2019 13:24
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəmiz var. Onun adı hər yerdə Diasporla İş üzrə Dövlət Komitəsi gedir. Hətta müzakirəyə çıxardığımız qanun layihəsində də təsis edilən medalın “Diaspor fəaliyyətində xidmətlərinə görə” nəzərdə tutulduğu qeyd olunur. Lakin dünyanın bir çox ölkələrində bu söz diaspora kimi işlədilir. İngilis, rus dilində də bu ifadə belə işlənir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən plenar iclasına çıxış edərkən deyib.

Komitə sədri deyib ki, "diaspor" sözü isə hidroksitlərə, kimyəvi birləşmələrə verilən bir addır: “Təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsi hidroksitlərlə işləmir. Komitənin fəaliyyəti xaricdə yaşayan həmvətənlərimizlə bağlıdır. Düşünürəm ki, biz də bu ifadəni həm Azərbaycan dilində, həm də komitənin adında rəsmi olaraq diaspor deyil, diaspora yazaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər