ABŞ Senatı cümə axşamı dekabrın 20-dək qüvvədə olacaq müvəqqəti büdcəni qəbul edib.
Teleqraf.com xəbər verir ki, sənədə 74 senator lehinə, 20 senator isə əleyhinə səs verib.
Sənəd imzalanması üçün prezident Donald Trampa təqdim olunacaq.
Müvəqqəti büdcə, müdafiəyəyə cavabdeh olan müdafiə nazirliyi və digər idarələr istisna olmaqla əksər federal nazirliklərin maliyyələşdirilməsini müəyyənləşdirir.