23 Noyabr 2019 17:20
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 noyabr 2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dizayn Forumu keçiriləcəkdir.

Teleqraz.com Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutacaq forumda dizayn sahəsində ölkənin aparıcı mütəxəssisləri öz bilik və təcrübələrini paylaşacaqlar. Forumun əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən dizaynerləri bir araya gətirmək, təcrübə mübadiləsi və müzakirələr aparmaq və bu məsələlərdə ən innovativ yanaşmaları bölüşməkdir.

Forumda həmçinin, Bakı şəhərinin UNESKO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilməsi və Azərbaycan Dizayn Şurasının yaradılması müzakirə olunacaqdır.

Tədbir media nümayəndələri üçün açıq formada keçiriləcək.


Müəllif: Teleqraf.com