29 Noyabr 2019 13:21
1 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Əməliyyat-Statistika İdarəsinin rəisi, polkovnik Fəqan Azadəliyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ-nin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Yeni rəis – Fəqan Azadəliyev 1978-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər DİN BMCMİ-də işləyib, daha sonra isə Yardımlı və Göranboy rayon polis şöbələrinin rəisi vəzifələrini tutub. /strateq.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər