16 Dekabr 2019 14:30
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) süd içməyin insan orqanizmi üçün əhəmiyyəti ilə bağlı videoçarx hazırlayıb.

Teleqraf.com xəbər verir ki, videoda süd və süd məhsullarının keyfiyyət və təhlükəsizliyi ilə bağlı maarifləndirici məlumatlar əksini tapıb.

Qeyd olunur ki, südün təhlükəsizliyi onun istehsal şəraiti, düzgün qablaşdırılmasından asılıdır. Üzərində istehsalçının adı, ünvanı, məhsulun tərkibi, son istifadə tarixi qeyd edilməyən süd məhsulları orqanizm üçün təhlükəli ola bilər.

Videoçarxın hazırlanmasında əsas məqsəd əhali arasında süd və süd məhsullarından düzgün istifadə qaydalarının təşviq edilməsi, vətəndaşlarda sağlam qidalanma vərdişlərinin aşılanmasıdır.


Müəllif: Aysel Azad