2020-ci ilin yanvar ayının 15-dən Rusiyanın "İrAero" aviaşirkəti Samara şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçirməyə başlayacaq.
Teleqraf.com xəbər verir ki, Samaranın "Kurumoç" hava limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuşlar həftədə bir dəfə çərşənbə günləri həyata keçiriləcək.
"İrAero" aviaşirkəti bu reyslərin cədvəlini təqdim edib:
Çərşənbə:
Samara (KUF) - Bakı (BAK) 01:20 - 03:10
Bakı (BAK) - Samara (KUF) - 04:10 - 06:00