Azərbaycanın xalq artisti, opera müğənnisi Yusif Eyvazov erməni müğənni Ruzan Mantaşyanla eyni səhnədə çıxış etməkdən imtina etməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında bildirib.
“Əziz dostlar, mən azərbaycanlıyam və Azərbaycanla Ermənistan arasındakı vəziyyətə dair mənim tamamilə aydın baxışım və düşüncəm var, amma siyasi görüşlərim heç vaxt peşəmə və səhnədə həmkarlarıma təsir etmir. Bunu mənim dəfələrlə Mariya Quleqina və və Gevorq Akopyanla “Bolşoy Teatr”ın səhnəsində çıxış etməyim də sübut edir”, – deyə Eyvazov bildirib.
Bundan əvvəl “Forumopera” portalında Y.Eyvazovun siyasi səbəblərə görə R.Mantaşyanla “SemperOperaball” – Drezden opera balının açılışında çıxış etmək istəmədiyinə dair məlumat peyda olub. Bundan sonra müğənnidən oradan uzaqlaşmaq xahişi edildiyi iddia olunub.
“SemperOperaball”ın bədii rəhbəri Hans-Yoahim Frey bu iddiaları böhtan adlandıraraq, teatrın ümumiyyətlə Mantaşyanla müqavilə bağlamadığını izah edib, Eyvazovun isə heç vaxt erməni mənşəli həmkarları ilə əməkdaşlıq qurmadığını vurğulayıb.
Qeyd edək ki, Y.Eyvazov Rusiya Federasiyasının xalq artisti, opera müğənnisi Anna Netrebkonun həyat yoldaşıdır.