21 Yanvar 2020 13:10
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib.

Bu barədə Teleqraf.com Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər verir.

Məlumatda bildirilir: "1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə ekshumasiya olunmuş və müvafiq nümunələr götürülmüşdür. Meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilmişdir.

Hərbi rituallara uyğun olaraq, həmin şəhidin nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında 2020-ci il yanvarın 23-də saat 15:00-da dəfn ediləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər