29 Yanvar 2020 14:23
2 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tofiq Qasımov təmiz insan idi, yaddaşlarda da bu cür qalıb. Mən onunla birgə işləmişdim.

Bu fikirləri sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-a keçmiş həmkarı, İsveçrədə vəfat edən Tofiq Qasımov haqqında danışarkən deyib.

Zülfüqarov qeyd edib ki, Tofiq Qasımov kadr məsələlərinə ciddi fikir verən və işçilər qarşısında tələbkar olan nazir kimi yadında qalıb: “O zaman Xalq Cəbhəsinin tərəfdarlarının çoxu Xarici İşlər Nazirliyində çalışmaq istəyirdi. Tofiq Qaslmov buna qarşı çıxmağı bacarırdı və çalışırdı ki, nazirlikdə peşəkarlar çalışsın. Bu da onun yadda qalan addımlarından biri idi”.

Tofiq Zülfüqarovun sözlərinə görə, Tofiq Qasımovla bir sıra tədbirlərdə iştirak edib: “Xatırlayıram ki, o zaman Tofiq Qasımovla birlikdə İtaliyada danışıqlarda mən də iştirak etmişdim. Eləcə də bir sıra görüş və tədbirlərə qatılmışdıq”.

Tofiq Zülfüqarov əlavə edib ki, Qasımovun nazir olduğu illər ölkənin ağır dövrünə təsadüf edib: “Xarici işlər naziri kimi xarici siyasətə öz töhvəsini verdi. Allahdan ona rəhmət diləyirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər