31 Yanvar 2020 14:55
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi prokurorluğun 14 əməkdaşı barəsində tədbir görülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Respublika Hərbi Prokurorluğunda ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

Bildirib ki, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub.

İbtidai araşdırmanın aparılması, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid edilib, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Qeyd olunub ki, 2019-cu ildə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 nəfər prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər