8 Fevral 2020 15:37
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Parlament seçkiləri 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, sabah - fevralın 9-da Azərbaycanda parlament seçkiləridir:

“Seçkilərdə Milli Məclisə 125 deputat seçiləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq”.

Qeyd edək ki, sabahkı seçkiləri 132 beynəlxalq KİV təmsilçisi yayımlayacaq.


Müəllif: Teleqraf.com