Bakı şəhər Baş Polis İdarəsi qanunsuz aksiyada 2 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bakı şəhər Baş Polis İdarəsinin rəisi Elşad Hacıyev Teleqraf.com-a bildirib ki, Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması ilə bağlı deyilənlər əsassızdır:
"Polisin təşəbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib, onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb".