12 Fevral 2020 14:48
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb.

Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsib.

Sonda xatirə şəkli çəkdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər