19 Fevral 2020 14:50
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" Ermənistan siyasi dairələrinin icma sədri Tural Gəncəliyevin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşü ilə bağlı iddialarına münasibət bildirib.

İcmadan Teleqraf.com-a bildirilib ki, ermənilərin bu görüşlə bağlı yaydıqları məlumatlar tamamilə əsassızdır.

"Son günlərdir ki, erməni siyasi dairələri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikdən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb-görüşmədiyinə dair izahat tələb edirlər. Əlbəttə, görüş olub və biz icma olaraq bu barədə press-reliz yaymışıq. Ermənilərin bu əndişəsi əslində, onların nə qədər saxtakar olduğunu göstərir. Özləri o qədər saxtakardılar ki, hətta doğru xəbərlərədə də şübhə ilə yanaşırlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər