23 Fevral 2020 10:59
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, magistratura səviyyəsinə qəbul imtahanı ölkənin 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak üçün 15 738 bakalavr ərizə təqdim edib. Onlardan 14 434 nəfəri Azərbaycan bölməsi, 1 304 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 7 139 nəfəri oğlan, 8 599 nəfəri isə qızlardır. Bakalavrlardan 8 352-si cari ilin, 7 386-sı isə əvvəlki illərin məzunlarıdır, 34 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 40, Gəncədə 4, Naxçıvan və Mingəçevirdə 2, Lənkəranda 1 binada təşkil olunacaq. Bakıda 13 347, Naxçıvanda 488, Gəncədə 1 189, Mingəçevirdə 428, Lənkəranda 286 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 154 imtahan rəhbəri, 1 580 nəzarətçi-müəllim, 251 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər