Azərbaycanda koronavirusun yayılması haqqında sosial şəbəkələrdə dezinformasiya yayan həkimin kimliyi bəlli olub.
Teleqraf.com haqqın.az-a istinadla xəbər verir ki, koronavirusa yoluxan şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi iddia olunan səs yazısını yayan həkim hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Həkim ilkin ifadəsində sadəcə, zarafat etmək məqsədilə belə şayiə yaydığını bildirib. Tibb işçisinə heç bir əsası olmayan informasiyanı yaydığı üçün daşıdığı məsuliyyət barədə xəbərdarlıq edilib və o, sərbəst buraxılıb.