26 Fevral 2020 17:26
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər - Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus unlu və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirilib.

Teleqraf.com xəbər verir ki, reyd zamanı hər iki müəssisədə məhsul istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitar-gigiyenik norma və qaydaların kobud şəkildə pozulduğu müəyyən edilib.

Sexlərdə məhsulların qablaşdırılmasında istifadə edilən karton materialın döşəmə ilə birbaşa təmasda saxlanıldığından məhsulların mikrobioloji çirklənməsinə səbəb olduğu, xəmir qarışdırıcının sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi aşkarlanıb.

Hər iki faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər