Azərbaycanın orta məktəblərinin birində müəllimin sinifdə “Məsti Xumar” mahnısına rəqs etməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılacaq.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Publika.az-a bildirib ki, hələ ki, sosial şəbəkələrdə yayılan görüntülərin hansı rayonda və təhsil müəssisəsində çəkildiyi məlum deyil.
O bildirib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkədə qadın müəllimin sinifdə Məsti Xumar” mahnısına rəqs etdiyi görüntüləri yayılıb.