“Lider TV-nin fəaliyyəti davam edir”.
Bu barədə Teleqraf.com-a Lider televiziyasından bildirilib:
“Lider televiziyasının bağlanması haqda yayılan xəbərlər yalan məlumatdır. Kanal öz fəaliyyətinə davam edir. MTRŞ-ın rəsmi məlumatında deyildiyi kimi kanalda proflaktik tədbirlər aparılır. Bu, hər bir kalanda olan iş prosesidir. Bu güqn saat 16:00-dan sonra fəaliyyəti bərpa olunacaq. İşçilər öz fəaliyyətlərinə davam edirlər”.
Qeyd edək ki, ötən gün axşam saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.
“Lider” telekanalının rəhbəri Ədalət Əliyevdir.