16 Mart 2020 18:39
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən metropolitendə dezinfeksiya işlərinin ikinci mərhələsi başa çatıb. Fevralın 21-dən başlayaraq qatarlar və stansiyaların hər biri iki dəfə dezinfeksiya olunub. Ötən həftədən verilən qərara əsasən həm stansiyalar, həm də qatarlar hər həftə geniş spektorda dezinfeksiya işlərinə cəlb olunacaq. Bir həftə ərzində ən azı səhər hər stansiya və qatarlar dezinfeksiya olunacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, dezinfeksiya işlərindən əlavə gündəlik tədbirlər də həyata keçirilir: “Giriş qapıları, eskalatorlar, tutacaqlar, “Bakı kart” aparatları, stansiyalardakı oturacaqlar və əllə toxunulabilən digər bütün səthlər xüsusi dezinfeksiya məhsulları ilə gün ərzində bir neçə dəfə olmaq şərti ilə silinib təmizlənir.

Hər gün texniki baxış və qulluq məqsədilə depoya göndərilən qatarlar sərnişin və işçi personalı vaqonda olmamaq şərtilə Bakmil stansiyasından sonra bütün salonların qapıları açılaraq depoya havalandırılmış vəziyyətdə daxil olur. Daha sonra isə sanitar-gigiyenik normanın tələblərinə uyğun olaraq dezinfeksiya olunur və müvafiq qaydada xəttə buraxılır”.

Qurum rəsmisi bildirib ki, görülən işlərin hamısı sanitar-gigiyena üzrə həkim, müvafiq səlahiyyətli şəxslər və rəhbər işçilərin xüsusi daimi nəzarəti altındadır: “Stansiyaların dezinfektatlarla silinməsini sərnişinlərimiz də əyani şəkildə müşahidə edirlər. Hazırda bu istiqamətdə bütün dezinfeksiya tədbirləri və digər əlavə məsələlərin hamısı gündəlik ən operativ qaydada olmaq şərtilə diqqət mərkəzində saxlanılır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər