23 Mart 2020 21:31
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda 65 yaşın üstündə 720 min insan var".

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, 65 yaşından yuxarı ahıl vətəndaşlara nazirlik tərəfindən sosial xidmət göstəriləcək:

"Əvvəl bu xidmət 70 yaşdan başlayırdı. İndi vəziyyətlə əlaqədar bu yaşı 65 yaşa saldıq. Ahıl vətəndaşlar "Qaynar Xəttə" müraciət etsinlər və qeydiyyata alınsınlar. Azərbaycanda bu günə kimi 70 yaşından yuxarı tənha, ahıl 9500 insana sosial xidmətlər göstərilir".

Nazir bildirib ki, insanlar 2 metrlik məsafəni qorumalıdır: "Bəzi ölkələrdə bu rəqəm 2 nəfərdir. Biz Azərbaycan milli mədəniyyətini əsas tutaraq bunu 10 nəfər etmisik. Hazırda bir çox ölkələrlə müqayisədə Azərbaycanda atılan yüngül addımlardır. Hələ ki, bizdə sərt qərarlar verilməyib. Vətəndaşlara özünətəcrid tövsiyə edilir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər