Martın 27-si, saat 18:00-a qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 91 230 152 manat, 117 min ABŞ dolları, 6 013 avro və 500 ingilis funt-sterlinqi məbləğində vəsait köçürülüb.
Teleqraf.com bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, manatla yığımış pulun 20 milyon manatı dövlət büdcəsindən ayrılıb, 67 125 878 manatını hüquqi şəxslər, 4 104 273 manatını isə fiziki şəxslər təmin edib.
Xarici valyuta ilə yığılmış pulun isə 93 min ABŞ dolları və 6 min avrosunu hüquqi şəxslər, 24 min ABŞ dolları, 13 avro və 500 ingilis-funt sterliqini isə fiziki şəxslər ödəyib.