28 Mart 2020 14:57
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis paytaxtda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 29 mart saat 00:00-dan etibarən əhalinin hərəkəti üzrə bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

"Şəhər sakinlərini xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq. Qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur", - məlumatda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər