Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.
Teleqraf.com xəbər verir ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.
Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir-neçə gün ərzində qüvvədə olacaq.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik.