7 Aprel 2020 19:16
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin dövründə bütün bankomatlarda sosial ödənişlər üçün faiz tutulmayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı bütün banklarla razılaşma əldə olunub: "Əvvəllər faiz tutulurdu, biz artıq banklarla bankomatlardan edilən sosial ödənişlər üçün faizlərin tutulmaması barədə razılaşma əldə etmişik.

Bu, insanlara onlara ən yaxın olan istənilən bankın bankomatından öz ödənişlərini almasına kömək edəcək".


Müəllif: Nərgiz

Oxşar xəbərlər